Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI | DEFAKTO.AZ Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI – DEFAKTO.AZ

Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI

1




Hesablama Palatası dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlılığında əsas problemləri açıqlayıb.

“DEFAKTO.az” xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib ki, bu konsolidə edilmiş hesabatlar büdcə üzrə qərarların aydın mənzərə olmadan verilməsinə səbəb olur:

“Konsolidə edilmiş maliyyə hesabatları yalnız pul vəsaitinin hərəkətini deyil, aktiv və öhdəliklərin tarix üzrə dəyişimini də izləməyə imkan verir. Dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatının hazırlanması çox saylı mərhələlərdən keçməlidir. İlkin mərhələlərindən biri qurum səviyyəsində konsolidasiyanın doğru aparılmasıdır. Apardığımız auditlər göstərir ki, bu sahədə qanunvericilik və metodoloji bazada, habelə kadr potensialında, o cümlədən biliklərin praktikada tətbiq olunmasında problemlər var”, – V. Gülməmmədov deyib.