İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb – FOTO | DEFAKTO.AZ İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb – FOTO – DEFAKTO.AZ

İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb – FOTO

7




İranın Şiraz şəhərində 11 yaşlı qız şəxsi evində paltar satan 50 yaşlı qadını bıçaqlayaraq öldürüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, qatilin 40 yaşlı anası isə öldürülən qadının qızını yaralayıb. 11 yaşlı qızın cinayəti törətməsinə səbəb satıcının ona gülməsi olub.

Qeyd edək ki, azyaşlı qatil və anası dərhal hadisə yerindən uzaqlaşsalar da, altı saatdan sonra həbs ediliblər.