Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir | DEFAKTO.AZ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir – DEFAKTO.AZ

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

6




Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.

DEFAKTO.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edilib ki, “Media haqqında” qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.