Dörd gündür Kopenhagendə yanan binanı söndürmək mümkün olmur | DEFAKTO.AZ Dörd gündür Kopenhagendə yanan binanı söndürmək mümkün olmur – DEFAKTO.AZ

Dörd gündür Kopenhagendə yanan binanı söndürmək mümkün olmur

4




Kopenhagen birjasının binasında baş verən yanğını artıq dördüncü gündür ki, söndürmək mümkün olmur.

Qeyd edək ki, Kopenhagendə (Danimarka) “Byorsen” birjasının tarixi binası aprelin 16-da yanmağa başlayıb. Yanğın təxminən 400 yaşlı binanın qülləsinin dağılmasına səbəb olub.

“Byorsen” birjasının binası Kopenhagenin tam mərkəzində yerləşən ən qədim tikililərdən biridir. Binanın tikintisi 1625-ci ildə başa çatdırılıb.

Mənbə: RİA Novosti