Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib | DEFAKTO.AZ Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib – DEFAKTO.AZ

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

4




Milli Məclis Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatını qəbul edib.

“DEFAKTO.az”un xəbərinə görə, hesabatı palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar ediblər, təkliflər səsləndiriblər.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Qeyd edək ki, hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında dörd yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında iki yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, bir analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib.

Hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü – səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə olunub.