İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı | DEFAKTO.AZ İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı – DEFAKTO.AZ

İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı

7




İrəvanda yerləşən Rusiya-Ermənistan Universitetində (REU) bomba olması barədə şəhər polisinə siqnal daxil olub.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Bu gün Daxili İşlər Nazirliyinə REU-da partlayıcı qurğu yerləşdirilməsi barədə siqnal daxil olub. Hadisə yerində əməliyyat qrupları işləyir”, – məlumatda bildirilir.

Yarım saatdan sonra məlum olub ki, heç bir təhlükə yoxdur, dərslər həmişəki rejimdə davam edir.