BDU-nun tələbəsi intihar etdi – FOTO | DEFAKTO.AZ BDU-nun tələbəsi intihar etdi – FOTO – DEFAKTO.AZ

BDU-nun tələbəsi intihar etdi – FOTO

6




Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.

Onun meyiti eyvanda asılı halda aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakı Dövlət Universitetindən DEFAKTO.az-a Ramil Nəsirovun vəfatı ilə bağlı bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub:

“2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.