Bakıda gecə intihara cəhd olub – VİDEO | DEFAKTO.AZ Bakıda gecə intihara cəhd olub – VİDEO – DEFAKTO.AZ

Bakıda gecə intihara cəhd olub – VİDEO

6




Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb .

FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununla əlaqədar dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb.  Eyni zamanda xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb. 

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticəsində intihara cəhd edən vətəndaş 1981-ci il təvəllüdlü Ramin Mirağa oğlu Əliyev xilas edilib və körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.