Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü | DEFAKTO.AZ Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü – DEFAKTO.AZ

Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü

7




Bakının Suraxanı rayonunda ailə-məişət zəminində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.

DEFAKTO.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Süleyman Sərxan oğlu Təhməzov yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.

Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.