ABŞ kəşfiyyatından Ukrayna müharibəsinin mümkün nəticəsi ilə bağlı PROQNOZ | DEFAKTO.AZ ABŞ kəşfiyyatından Ukrayna müharibəsinin mümkün nəticəsi ilə bağlı PROQNOZ – DEFAKTO.AZ

ABŞ kəşfiyyatından Ukrayna müharibəsinin mümkün nəticəsi ilə bağlı PROQNOZ

5




ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ölkə Konqresi üzvlərinə xəbərdarlıq edib ki, Vaşinqton Kiyevə lazımi dəstəyi verməsə, Ukrayna 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə hərbi münaqişədə məğlubiyyətə uğraya bilər.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

“Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında uduzması və ya ən azı Putinin siyasi nizamlanma şərtlərini diktə edə biləcəyi vəziyyətə gəlib çata bilməsi ilə bağlı çox real risk var”, – MKİ direktoru deyib.