Dövlət məktəblərində servis xidməti yaradılır? – RƏSMİ + VİDEO | DEFAKTO.AZ Dövlət məktəblərində servis xidməti yaradılır? – RƏSMİ + VİDEO – DEFAKTO.AZ

Dövlət məktəblərində servis xidməti yaradılır? – RƏSMİ + VİDEO

3




“Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

“Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərinin yaxınlığında olan məktəblərdə icbari təhsilə cəlb edək. Bəzi hallarda daşınma tərəfimizdən təmin olunur. Məktəblər əsaslı təmirə bağlandıqda və yaxud hansısa məktəbin infrastrukturu ilə bağlı problem yarandıqda yaxında yerləşən təhsil ocağına uşaqların daşınmasını dövlət büdcəsinin vəsaiti hesabına təmin edirik”, – o qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində: