Xankəndidə silah-sursat aşkarlanıb – VİDEO | DEFAKTO.AZ Xankəndidə silah-sursat aşkarlanıb – VİDEO – DEFAKTO.AZ

Xankəndidə silah-sursat aşkarlanıb – VİDEO

3




Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən DEFAKTO.az-a məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.