Zəngilanda silah-sursat aşkarlanıb | DEFAKTO.AZ Zəngilanda silah-sursat aşkarlanıb – DEFAKTO.AZ

Zəngilanda silah-sursat aşkarlanıb

1




Zəngilanda silah-sursat aşkar edilib.

Bu barədə DEFAKTO.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinə Ağalı kəndində silah-sursat tapılması barədə məlumat daxil olub. Həmin əraziyə keçirilən baxış zamanı bir avtomat, iki daraq və 43 patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.