Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI | DEFAKTO.AZ Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI – DEFAKTO.AZ

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

2




“Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir”.

Bununla bağlı DEFAKTO.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Xatırladaq ki, A.Səfərova aprelin 17-də səhər saatlarında ağır qəzaya düşüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.

Əzizə İsmayılova