Tarixi rekord sona çatdı: “Əl-Hilal” 34 oyundan sonra məğlub oldu – VİDEO | DEFAKTO.AZ Tarixi rekord sona çatdı: “Əl-Hilal” 34 oyundan sonra məğlub oldu – VİDEO – DEFAKTO.AZ

Tarixi rekord sona çatdı: “Əl-Hilal” 34 oyundan sonra məğlub oldu – VİDEO

3




“Əl Ayn” və “Əl Hilal” komandaları arasında Asiya Çempionlar Liqasının ilk yarımfinal oyunu keçirilib.

“Əl Ayn” rəqibini 4:2 hesabı ilə məğlub edərək adını tarixə yazdırıb.

Belə ki, bununla da “Əl-Hilal”ın 34 matçdır davam edən qələbə seriyası rəsmən başa çatıb.

Cütlüyün cavab oyunu gələn həftə, aprelin 23-də Səudiyyə Ərəbistanında baş tutacaq.

Xatırladaq ki, bu qarşılaşma çərşənbə axşamı, aprelin 16-da baş tutmalı idi, lakin Dubayda yağan güclü yağış səbəbindən təxirə salınıb.

Mənbə: sport-express.ru