“Formula-1” çempionu planetin ən nüfuzlu 100 adamı sırasında | DEFAKTO.AZ “Formula-1” çempionu planetin ən nüfuzlu 100 adamı sırasında – DEFAKTO.AZ

“Formula-1” çempionu planetin ən nüfuzlu 100 adamı sırasında

2




“Red Bull” pilotu Maks Verstappen “Tıme” jurnalı tərəfindən planetin 100 ən nüfuzlu insanı siyahısına daxil edilib.

“Son 12 ayda Maks Verstappen Mayami, Monako və Əbu-Dabidə, Yaponiya və Qətərdə, Avstriya və Macarıstanda, eləcə də müxtəlif qitələrin fərqli yerlərində qalib gəlib. Ardıcıl üç “Formula-1” çempionu olmuş Verstappen qədər dünyada heç bir idmançı daha çox qələbə qazana bilməyib”, – deyə “Tıme” yazıb.

Qeyd edək ki, Verstappen cari çempionatda da liderlik edir.

Mənbə: championat.com