ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib? | DEFAKTO.AZ ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib? – DEFAKTO.AZ

ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?

2




ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro bildirib ki, Birləşmiş Ştatlar İsraili həftə sonu İranın raket hücumundan və ötən ilin oktyabrından bəri husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumundan qorumaq üçün təxminən bir milyard dollar xərcləyib.

Bu barədə o Senatın Təxsisatlar alt komitəsinin dinləmələrində deyib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin əlavə maliyyəyə ciddi ehtiyacı olduğuna işarə edən Del Toro qeyd edib ki, İranın İsrailə atdığı ballistik raketlər husilərin Qırmızı dənizdə istifadə etdiyi gəmi əleyhinə raketlərdən təxminən iki dəfə bahadır.

Mənbə: İnterfaks