Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb – FOTO | DEFAKTO.AZ Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb – FOTO – DEFAKTO.AZ

Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb – FOTO

4




Aprelin 6-sı səhər saat üç radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına gətirilən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb.

Bu barədə DEFAKTO.az-a hospitaldan məlumat verilib.

Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov və Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti evə yola salıb.