Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi – VİDEO | DEFAKTO.AZ Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi – VİDEO – DEFAKTO.AZ

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi – VİDEO

5




Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib.

Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredit imzalatmağa çalışıb.

“Əmi, dinləyirsən? Sən bunu imzalamalısan. Sənin yerinə mən imza ata bilmərəm. Əgər özünü pis hiss edirsənsə, səni xəstəxanaya apara bilərəm. Sən yenidən xəstəxanaya qayıtmaq istəyirsən? Buraya imza at və başımı ağrıtma”, – deyə qadın kişi ilə danışırmış kimi davranıb.

Şübhələnən bank işçiləri təcili yardım və polis çağırıblar.

Hadisə yerinə gələn tibb işçiləri pensiyaçı olan 68 yaşlı Paulo Roberto Braqanın bir neçə saat əvvəl öldüyünü təsdiqləyiblər.

Onu banka gətirən Erika de Souza Vieyra Nunyes adlı qadın isə yerindəcə həbs edilib. Erika polisə kişinin bacısı qızı, həm də qəyyumu olduğunu bildirib.

Ölüm səbəbini müəyyən edilməsi üçün aparılan meyitin yarılma nəticələri hələ açıqlanmayıb.

Eyni zamanda digər ailə üzvlərinin şəxsiyyətinin müəyyən edilməsi və kreditin təyin olunduğu vaxtda onun sağ olub-olmaması ilə bağlı da araşdırmalar davam edir.

Məlumata görə, kreditin məbləği təxminən 2500 funt sterlinqə ekvivalent olan 17 min Braziliya realı (5 min manatdan çox) təşkil edib.

Mənbə: “Daily Mail”