Yeni sədr kollektivə təqdim edildi | DEFAKTO.AZ Yeni sədr kollektivə təqdim edildi – DEFAKTO.AZ

Yeni sədr kollektivə təqdim edildi

2




Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.

DEFAKTO.az xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.