Təhlükə saçan piyada zolaqları və problemə biganəlik – AÇIQLAMA + FOTO/VİDEO | DEFAKTO.AZ Təhlükə saçan piyada zolaqları və problemə biganəlik – AÇIQLAMA + FOTO/VİDEO – DEFAKTO.AZ

Təhlükə saçan piyada zolaqları və problemə biganəlik – AÇIQLAMA + FOTO/VİDEO

4




“Hər gün Sabunçu rayonu, Yavər Əliyev küçəsindəki ticarət mərkəzinin qarşısında yolu keçmək əməlli-başlı işgəncəyə çevrilib”.

Bununla bağlı DEFAKTO.az-a sakinlər şikayət göndəriblər.

Qeyd olunub ki, buna səbəb Yavər Əliyev küçəsində piyada zolaqlarının silinməsidir. 

Şikayətdə vurğulanıb ki, artıq bir ilə yaxındır hərəkətin intensiv olduğu bu ərazidə piyadaların keçidi üçün nəzərdə tutulan xətlər silinsə də, bu problemə nə baxan, nə də bir ölçü götürən var. 

“Piyada zolaqlarının tamamilə yoxa çıxması səbəbindən  sürücülər yol kənarındakı piyada nişanına məhəl qoymurlar. Xüsusən də günün qaranlıq saatlarında hər an təhlükə ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Xüsusən də yaşlı insanlar və uşaqlar yolu keçməkdə əziyyət çəkirlər”, – deyə şikayətdə yazılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Agentliyin mətbuat katibi Tural Orucov DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirib ki, silinən nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir.

Əzizə İsmayılova