Balakəndə toyda dava düşüb: Xəsarət alan var | DEFAKTO.AZ Balakəndə toyda dava düşüb: Xəsarət alan var – DEFAKTO.AZ

Balakəndə toyda dava düşüb: Xəsarət alan var

3




Balakəndə toyda dava düşüb, xəsarət alan var.

DEFAKTO.az xəbər verir ki, Balakən şəhərində keçirilən toyda 34 yaşlı Azər Yaşar oğlu Abdullayevlə Balakən rayon sakinləri – 25 yaşlı Soltan Cindarov, onun həmyaşıdları Novruz Abdullayev və Elmmədin Piriyev arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Nəticədə Azər Piriyevə xəsarət yetirilib. A.Piriyev Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertiza rəyindən və aparılan araşdırmadan sonra müvafiq qərar qəbul ediləcək.