Su kanalından qumbara və pulemyot aşkarlanıb – FOTO | DEFAKTO.AZ Su kanalından qumbara və pulemyot aşkarlanıb – FOTO – DEFAKTO.AZ

Su kanalından qumbara və pulemyot aşkarlanıb – FOTO

4




Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.