Nobel mükafatı laureatı ev dustaqlığına buraxılıb | DEFAKTO.AZ Nobel mükafatı laureatı ev dustaqlığına buraxılıb – DEFAKTO.AZ

Nobel mükafatı laureatı ev dustaqlığına buraxılıb

2




Myanmanın həbsdə olan sabiq dövlət müşaviri, Nobel sülh mükafatı laureatı Aun San Su Çji həbsxanadan ev dustaqlığına buraxılıb.

Bu barədə Myanmanın Dövlət İnzibati Şurasının rəhbəri Zo Min Tuna məlumat verib.

O qeyd edib ki, hava çox isti olduğundan və günvurma hallarının qarşısını almaq məqsədilə təkcə Aun San Su Çji deyil, digər məhbuslara da oxşar yüngülləşdirici hal şamil edilib.

Məlumat üçün əlavə edək ki, 78 yaşlı Nobel mükafatı laureatı, Myanmanın həbsdə olan sabiq dövlət müşavirinə 27 il həbs cəzası verilib.

O, bütün ittihamları rədd edir. Aun San Su Çji 2021-ci ilin fevralında ölkədə çevrilişindən sonra hərbi xunta tərəfindən saxlanılıb.

Mənbə: Reuters