İddiaçılar Turniri: Nicat Abasov Fransa təmsilçisi ilə üz-üzə gələcək | DEFAKTO.AZ İddiaçılar Turniri: Nicat Abasov Fransa təmsilçisi ilə üz-üzə gələcək – DEFAKTO.AZ

İddiaçılar Turniri: Nicat Abasov Fransa təmsilçisi ilə üz-üzə gələcək

3




Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

“DEFAKTO.az”un məlumatına görə, 28 yaşlı qrosmeyster XI turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Firuzca isə 3,5 xalla yeddincidir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.