Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu – FOTO | DEFAKTO.AZ Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu – FOTO – DEFAKTO.AZ

Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu – FOTO

5




ABŞ-nin Florida ştatında bir evin üzərinə düşən və damını deşən obyekt Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmos tullantılarıdır.

Bu barədə NASA-nın saytında məlumat verilib.

Qeyd olunub ki, evin damı 2021-ci ilin mart ayında stansiyadan atılan nikel-metal hibrid batareya bloku ilə deşilib. Mütəxəssislərin hesablamalarına görə, istismar müddəti bitən və ümumi çəkisi təxminən 2,6 ton olan batareyalar atmosferdə tamamilə yanmalı idi. Lakin nəsə səhv gedib – qalıqlar üç il orbitdə dövrə vurub, sonra da yarımçıq yanıb.

“Obyektin 2024-cü il martın 8-də Yer atmosferinə yenidən daxil olarkən tamamilə yanması gözlənilirdi. Bununla belə, avadanlığın bir hissəsi davam gətirib və Neapol şəhərindəki evə çırpılıb”, – deyə NASA izah edib. Düşmüş metal parçasının çəkisi təxminən 700 qram olub.

Qalığın atmosferə daxil olarkən məhv olmamasının səbəbini müəyyən etmək üçün ətraflı araşdırma aparılacaq.

Mənbə: İz.ru