Xavi Ernandes: “Barselona” hakim səhvinin qurbanı oldu” | DEFAKTO.AZ Xavi Ernandes: “Barselona” hakim səhvinin qurbanı oldu” – DEFAKTO.AZ

Xavi Ernandes: “Barselona” hakim səhvinin qurbanı oldu”

2




“Barselona” klubunun baş məşqçisi Xavi Ernandes komandasının evdə PSJ-yə böyük hesabla məğlub olaraq turnirdən kənarda qalmasını şərh edib.

O, klubun uğursuzluğunda hakimi günahlandırıb.

“Bizim üçün Çempionlar Liqasının hakim səhvi ucbatından başa çatması təəssüf doğurur. Sadəcə hakimə onun fəlakət olduğunu söylədim. Bu reallıqdır. Çempionlar Liqasında güclü idik və düşünürəm ki, bu, vacibdir. Kiçik detallara nəzarət etməyi öyrənməliyik. Gələn il burada olacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, ilk oyunda qələbə qazanan “Barsa” cavab matçında da hesabı açıb. Lakin 29-cu dəqiqədə Arauxonun birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması görüşün taleyini həll edib. PSJ say üstünülüyündən yararlanaraq sərfəli nəticəni təmin edib – 1:4 (4:6).

Qarşılaşmanın 56-cı dəqiqəsində hakim Xaviyə də qırmızı vərəqə göstərib.

Mənbə: championat.com