Çempionlar Liqası: İki oyunda 11 qol vuruldu, ilk yarımfinalçılar müəyyənləşdilər – VİDEO | DEFAKTO.AZ Çempionlar Liqası: İki oyunda 11 qol vuruldu, ilk yarımfinalçılar müəyyənləşdilər – VİDEO – DEFAKTO.AZ

Çempionlar Liqası: İki oyunda 11 qol vuruldu, ilk yarımfinalçılar müəyyənləşdilər – VİDEO

2




UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçirilib.

DEFAKTO.az-ın məlumatına görə, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxıb.

Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ (2:3) və Almaniyanın “Borussiya” (Dortmund) (2:1) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Lakin cavab görüşləri qaliblərin uğursuzluğu ilə nəticələnib.

“Barsa” doğma meydanda hesabı açsa da, matçın 29-cu dəqiqəsindən etibarən azlıqda qalıb. Say üstünlüyündən yararlanan PSJ dörd qol vuraraq cütün taleyini həll edib – 1:4 (4:6).

“Atletiko” isə səfərdə iki top fərqi ilə məğlub olaraq turnirlə vidalaşıb – 4:2 (5:4).

Qeyd edək ki, PSJ və “Borussiya yarımfinalda rəqib olublar.

Mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.