Bakıda motosiklet iki qadını vurub – VİDEO | DEFAKTO.AZ Bakıda motosiklet iki qadını vurub – VİDEO – DEFAKTO.AZ

Bakıda motosiklet iki qadını vurub – VİDEO

3




Bakının Yasamal rayonu, Füzuli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, Qış parkından yolun əks tərəfinə keçmək istəyən 1955-ci il təvəllüdlü Xiba Adıdyayevna Raxamimova və 1963-cü il təvəllüdlü Yevgeniya Yumtuyevna Yusufovanı motosiklet vurub.

Hər iki qadın ağır xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onların vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Həmin görüntüləri təqdim edirik: