Moldovada Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi barədə qərar açıqlandı | DEFAKTO.AZ Moldovada Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi barədə qərar açıqlandı – DEFAKTO.AZ

Moldovada Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi barədə qərar açıqlandı

1




“Moldova Konstitusiya Məhkəməsi parlamentin deputatlarının respublikanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendumun keçirilməsi və onun nəticələrinə əsasən konstitusiyaya əlavələr edilməsi təşəbbüsünü qanuni hesab edib”.

Bu barədə müvafiq hökmü Konstitusiya Məhkəməsinin sədri Domnika Manole təqdim edib.

“Konstitusiyaya yenidən baxılması təşəbbüsü əsas qanunun müddəalarına uyğundur və parlamentin təsdiqi üçün təklif oluna bilər”, – deyə hakim vurğulayıb.

Mənbə: TASS