Meyityuyan: “Heç biri yuxuma da girməyib” – VİDEO | DEFAKTO.AZ Meyityuyan: “Heç biri yuxuma da girməyib” – VİDEO – DEFAKTO.AZ

Meyityuyan: “Heç biri yuxuma da girməyib” – VİDEO

1




Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında ölüyuyan (mürdəşir) Nazim bəy məşğul olduğu işin detallarından danışıb.

Onun sözlərinə görə, 25 ildə 3 000-dən çox ölü yuyub. Nazim bəy bildirib ki, ölüyuyan üçün tələb olunan əsas xüsusiyyətlər qorxmamaq və sirr saxlamağı bacarmaqdır:

“Ölü yuyanda çox şey görmək olar. Məsələn bir ölünün qadın olduğunu sonradan bilmişdim. Qadın olsa da, kişi kimi geyinib gəzirmiş. Niyə deyirlər ki, atanı övladı, yaxını yusun. Çünki bəlkə, onun bədənində elə qüsur var ki, onu övladından başqa heç kim görməməlidir”.

Meyityuyan qeyd edib ki, münasibəti yaxşı olmayan insan vəfat edəndə belə onu yumalı olub:

“Sevmədiyim adamı da yumuşam. Həmin adama görə xəstəxanaya belə düşmüşdüm. Amma gəlib onu yumuşdum”.

Ölüyuyan indiyə qədər ona ən çox təsir edən hadisədən də danışıb:

“9-10 yaşlarında iki qardaş hamamda çiməndə boğulmuşdular. Birini yuyub, qucağına götürüb kəfənləmək, daha sonra o birini yumaq böyük dərd idi. 3 000 nəfərdən heç biri yuxuma da girməyib. Amma həmin uşaqlardan sonra 20 gün özümə gələ bilmədim”.

Ətraflı süjetdə: