Andrey Lunyov Bundesliqanın futbolçunun inkişafı üçün xüsusiyyətlərini AÇIQLADI | DEFAKTO.AZ Andrey Lunyov Bundesliqanın futbolçunun inkişafı üçün xüsusiyyətlərini AÇIQLADI – DEFAKTO.AZ

Andrey Lunyov Bundesliqanın futbolçunun inkişafı üçün xüsusiyyətlərini AÇIQLADI

4




“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Almaniya Bundesliqası ilə Rusiya Premyer Liqası arasındakı əsas fərqi açıqlayıb.

32 yaşlı qolkiper qeyd edib ki, əsas fərq qərarların qəbulu zamanı sürət, intensivlik və keyfiyyətdir.

“Bu, hətta məşq prosesində də nəzərə çarpır. Çempionatda rəqabət də fərqlidir. Bu, futbolçuların inkişafı üçün əlverişli şərait yaradır. Oyuna hər zaman 100 faiz gücünü qoymalısan, çünki sənin arxanda özünü göstərmək istəyən digər bir futbolçu fürsət gözləyir. Sizin istirahət etməyə vaxtınız və imkanınız olmur”, – deyə Andrey Lunyov vurğulayıb.

Məlumat üçün əlavə edək ki, Andrey Lunyov 2023-cü ilin yayından “Qarabağ”da çıxış edir. O, əvvəl Rusiyanın “Zenit” və Almaniyanın “Bayer 04”(Leverkuzen) klublarının formasını geyinib.

Mənbə: Championat