Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var – FOTO | DEFAKTO.AZ Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var – FOTO – DEFAKTO.AZ

Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var – FOTO

3




Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az-nın xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes-Benz” markalı minik maşını toqquşub.

Nəticədə 1974-cü il təvəllüdlü Cavahir İsmayıl qızı İsmayılova və 1976-cı il təvəllüdlü Zaur Aydın oğlu Cabbarlı müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı yolun hərəkət hissəsinə mişar daşı töküldüyündən hərəkət nisbətən məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.