Xəzərdə yeni platformadan neft hasilatı başlanıb | DEFAKTO.AZ Xəzərdə yeni platformadan neft hasilatı başlanıb – DEFAKTO.AZ

Xəzərdə yeni platformadan neft hasilatı başlanıb

4




Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi çərçivəsində yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlanıb.

Bu barədə ”DEFAKTO.az”a AÇG layihəsinin operatoru “bp Azerbaijan” şirkətindən məlumat verilib.

bp-nin strategiyası bu günün enerji sisteminə, yəni ACE kimi layihələrin işlənməsinə, həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır.