Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək | DEFAKTO.AZ Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək – DEFAKTO.AZ

Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək

3




Rusiyanın “IrAero” aviaşirkəti Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb.

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycanın paytaxtına bütün yaz-yay cədvəli üzrə həftədə bir dəfə, cümə axşamı “Sukhoi Superjet 100” təyyarəsi ilə uçuşlar planlaşdırılır.

Nijni Novqoroddan Bakıya uçuşlar Rusiya vaxtı ilə saat 01:00-da həyata keçirilir. Təyyarə Azərbaycana saat 05:00-da çatacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportundan geri dönüş reysi həftədə bir dəfə, çərşənbə günləri saat 21:00-da, Çkalov adına Beynəlxalq Hava Limanına eniş isə saat 23:00-da həyata keçirilir.

Mənbə: İraero.ru