Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb | DEFAKTO.AZ Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb – DEFAKTO.AZ

Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

3




Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən DEFAKTO.az-a bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.