DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb | DEFAKTO.AZ DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb – DEFAKTO.AZ

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

4




Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən DEFAKTO.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.