Buzovnada 58 yaşlı kişini avtomobil vurub | DEFAKTO.AZ Buzovnada 58 yaşlı kişini avtomobil vurub – DEFAKTO.AZ

Buzovnada 58 yaşlı kişini avtomobil vurub

3




Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“DEFAKTO.az”un məlumatına görə, Buzovna qəsəbəsində avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İlham Xalıq oğlu Məmmədovu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.