Goranboyda bədbəxt hadisə | DEFAKTO.AZ Goranboyda bədbəxt hadisə – DEFAKTO.AZ

Goranboyda bədbəxt hadisə

6




Goranboyda bədbəxt hadisə baş verib.

DEFAKTO.az-nın məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən avtomobil təmiri sexində işləyən usta, 1974-cü il təvəllüldü Tahir Məhərrəmov ehtiyatsızlıqdan sexdə olan xəndəyə yıxılıb.

50 yaşlı usta aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.