Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı | DEFAKTO.AZ Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı – DEFAKTO.AZ

Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı

8


Finlandiya limanlarının demək olar ki, hamısında yükdaşımaları dayandırılıb.

Bu barədə “Yle” ictimai yayım şirkətindən məlumat verilib.

Məlumata görə, buna səbəb həmkarlar ittifaqlarının hökumətin əmək bazarında islahatlarına qarşı keçirdiyi tətil olub.  

“Bu səhər başlayan tətil Finlandiyanın bütün limanlarında demək olar ki, bütün yük daşımalarını dayandırıb”, – deyə paylaşımda bildirilib.

Həmçinin tətilin iki həftə davam edəcəyi və bunun da malların limanlarda boşaldılması prosesini tamamilə dayandıra biləcəyi qeyd edilib. Bəzi məhsulların sərnişin gəmilərində daşınacağı vurğulanıb.