Məşhur Hollivud aktyoru “Oskar” gecəsinə özündən 31 yaş kiçik həyat yoldaşı ilə gəldi – FOTO | DEFAKTO.AZ Məşhur Hollivud aktyoru “Oskar” gecəsinə özündən 31 yaş kiçik həyat yoldaşı ilə gəldi – FOTO – DEFAKTO.AZ

Məşhur Hollivud aktyoru “Oskar” gecəsinə özündən 31 yaş kiçik həyat yoldaşı ilə gəldi – FOTO

5


Məşhur Hollivud aktyoru Nikolas Keyc uzun müddət sonra ilk dəfə gənc həyat yoldaşı Riko Şibata ilə ictimaiyyət qarşısına çıxıb.

60 yaşlı Nikolas Keyc və 29 yaşlı Riko Şibata 96-cı “Oskar” mükafatlandırma mərasiminə birlikdə qatılıblar. Aktyor və həyat yoldaşının geyimi də diqqət mərkəzində olub.

Nikolas Keyc və Riko Şibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış olublar. Hollivud aktyoru koronavirus pandemiyasının qızğın vaxtında “FaceTime” üzərindən sevgilisinə evlilik təklifi edib və onlar 2021-ci ilin fevral ayında evləniblər. Təmtəraqlı məclisə üstünlük verməyən cütlük Las-Veqasdakı “Wynn” hotelində kiçik bir mərasim təşkil ediblər.

Bir il sonra Nikolas Keyc və Riko Şibatanın bir qızı dünyaya gəlib və ona Avqusta Françeska Koppola Keyc adını veriblər.

Mənbə: Gazeta.ru