Almaniyada qatarlarla yüklərin daşınması dayandırılıb | DEFAKTO.AZ Almaniyada qatarlarla yüklərin daşınması dayandırılıb – DEFAKTO.AZ

Almaniyada qatarlarla yüklərin daşınması dayandırılıb

12


Almaniya maşinistlərinin həmkarlar ittifaqı ölkənin əsas dəmir yolu operatoru “Deutsche Bahn” (DB) nümayəndələri ilə uğursuz danışıqlardan sonra növbəti tətil elan edib.

Tətil 35 saat davam edəcək. Axşam saatlarından artıq yük daşımaları dayandırılıb.

Həmkarlar ittifaqı üzvləri həftədə iş vaxtının 38 saatdan 35 saata endirilməsi ilə yanaşı, sürücülərin maaşlarının artırılmasını tələb edirlər.

Mənbə: Interfax