Britaniyalı bloqer zarafat üçün “Oppenheimer” komandası ilə səhnəyə çıxdı və mükafat aldı – FOTO/VİDEO | DEFAKTO.AZ Britaniyalı bloqer zarafat üçün “Oppenheimer” komandası ilə səhnəyə çıxdı və mükafat aldı – FOTO/VİDEO – DEFAKTO.AZ

Britaniyalı bloqer zarafat üçün “Oppenheimer” komandası ilə səhnəyə çıxdı və mükafat aldı – FOTO/VİDEO

9


Böyük Britaniyada BAFTA mükafatlarının təqdimetmə mərasimi zamanı maraqlı hadisə yaşanıb.

Belə ki, səhnəyə sızan pranker –  “YouTube” bloqeri “Lizwani” “Oppenheimer” komandasının üzvləri ilə səhnəyə çıxıb, mükafatı qəbul edən Kristofer Nolan, Killian Mörfi və Emma Tomasın arxasında dayanıb.

Ancaq Tomas minnətdarlıq nitqini tam şəkildə söylədikdən sonra mərasim dayandırılıb. Zarafatcıl şəxs təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

“Biz buna çox ciddi yanaşırıq və əlavə açıqlama vermək istəmirik”, – deyə BAFTA nümayəndəsi bildirib.

Mənbə: URA.ru