Premyer Liqanın unudulmuş ulduzundan “Mançester Yunayted” üçün qələbə qolu – FOTO | DEFAKTO.AZ Premyer Liqanın unudulmuş ulduzundan “Mançester Yunayted” üçün qələbə qolu – FOTO – DEFAKTO.AZ

Premyer Liqanın unudulmuş ulduzundan “Mançester Yunayted” üçün qələbə qolu – FOTO

7


37 yaşlı ingiltərəli oyunçu Tom Haddlestoun “Mançester Yunayted”in “U21” komandasının “Siti”dən olan həmyaşıdlarına qarşı matçda qələbə qolunu vurub.

Oyun 2:1 hesabı ilə başa çatıb. Haddlestoun 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Tottenhem” və “Hall”un sabiq futbolçusu il yarımdır ki, mankunianların gənclər komandasında həm futbolçudur, həm də məşqçilik edir. Tom dekabrın ortalarından əvəzlənmədən ardıcıl dörd oyunda olub.

Haddlestoun 2003-cü ildə – hazırkı komanda yoldaşlarının çoxu hələ anadan olmayanda debüt edib.

Mənbə: Asistanaliz.com