AVRO-2020: Bakıya gələcək ilk yığma müəyyənləşir | DEFAKTO.AZ AVRO-2020: Bakıya gələcək ilk yığma müəyyənləşir – DEFAKTO.AZ

AVRO-2020: Bakıya gələcək ilk yığma müəyyənləşir

129

Bu gün futbol üzrə Avropa çempionatına 1/8 final mərhələsinə start veriləcək.

“Defakto.az”ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Uels və Danimarka yığmaları arasında olacaq. Niderlandın paytaxtı Amsterdamdakı “Yohan Kroyf Arena”da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland – Çexiya duelinin güclüsü olacaq. A qrupunu 2-ci pillədə tamamlayaraq, pley-off-a yüksələn Uels yığması artıq Bakıda 2 oyun keçirib. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşmada İsveçrə ilə 1:1 hesablı heç-heçə edən britaniyalılar ikinci görüşdə Türkiyə millisinə qalib gəlib – 2:0.

Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda Belçika – Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Avropa çempionatı

1/8 final mərhələsi

20:00. Uels – Danimarka

Baş hakim: Daniel Zibert (Almaniya)

Amsterdam, “Yohan Kroyf Arena”

23:00. İtaliya – Avstriya

Baş hakim: Entoni Teylor

London, “Uembli” stadionu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir