Alov Rusiyanı cənginə alıb – Ötən gün 1461 hektar meşə yanıb | DEFAKTO.AZ Alov Rusiyanı cənginə alıb – Ötən gün 1461 hektar meşə yanıb – DEFAKTO.AZ

Alov Rusiyanı cənginə alıb – Ötən gün 1461 hektar meşə yanıb

2219

Rusiyada son sutka ərzində 68 meşə yanğını söndürülüb. 

Bu barədə Rusiya Hava Hücumundan Meşələri Mühafizə Xidməti (Avialesoohrana) məlumat yayıb. Yanğının baş verdiyi ərazinin 1461 hektar olduğu müəyyənləşib. 

Bildirək ki, Şimal Yarımkürəsində yay mövsümünə keçildikcə qlobal iqlim dəyişikliyi ilə əlaqədar meşə yanğınları artmaqda davam edir. 

Xatırladaq ki, iyunun 23-də Rusiyada ümumilikdə 1441 hektarlıq ərazini əhatə edən 72 meşə yanğını söndürülüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir