“XƏYALLARIMIZDA QALAN NAĞILLAR”  adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilmişdir | DEFAKTO.AZ “XƏYALLARIMIZDA QALAN NAĞILLAR”  adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilmişdir – DEFAKTO.AZ

“XƏYALLARIMIZDA QALAN NAĞILLAR”  adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilmişdir

136

“Heydər Əliyev ili” çərçivəsində uşaqlarda ​ vətənpərvərlik duyğularının ​ güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli- mənəvi sərvətlərimizdən olan nağıllarımızın yaşadılmasına xidmət​ məqsədi ilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekunda 600-dən çox əsər sərgilənmək üçün seçilmişdir. ​ ​ ​ ​ ​ ​

         Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid

Əvəzov açdı. Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədr mavini Ağəli İbrahimov, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi Turan Cəfərova ,Azərbəycan Rəssamlıq Akademiyasının müəllimi Mənsur Cəfərov, rəssam –pedaqoq M.F.Axundov adına milli kitabxananın rəssamı, Azərbaycan rəssamlar ittifaqının üzvü,  A.Y. studionun rəhbəri, və bir çox yerli və xarici sərgilərin iştirakçısı Akif Yarışov sərgi iştirakçıları qarşısında çıxış etdi.  qeyd edek ki, sərgidə A.Y. studionu təmsil edən altı çagird iştirak edib, bunlar Dəniz Nürəddinli, Kamran Həsənli, Nigar Ağamalıyeva, Derya Qafarlı, Gülnar Allahverdili, Fatimə Əsgərovadır.

         Sonda Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris

mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə

təltif olundular.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir