Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.
“Defakto.az” “DEFAKTO.az”a istinadən xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.
Hadisənin digər detalları hələ məlum deyil.