Azərbaycan dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi təklifini dəstəkləyir – VİDEO | DEFAKTO.AZ Azərbaycan dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi təklifini dəstəkləyir – VİDEO – DEFAKTO.AZ

Azərbaycan dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi təklifini dəstəkləyir – VİDEO

10


Azərbaycan Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyir.

Bununla bağlı Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Azərbaycan Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifini dəstəkləyir. İnanırıq ki, Dünya Kuboku Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq, çünki bu dost ölkə çoxsaylı turnirlərə ev sahibliyi edib və futbola köklü həvəsi var”, – paylaşımda yazılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə ev sahibliyi üçün namizədliyini irəli sürüb.