“Roma” rəhbərliyindən Mourinyoya son şans | DEFAKTO.AZ “Roma” rəhbərliyindən Mourinyoya son şans – DEFAKTO.AZ

“Roma” rəhbərliyindən Mourinyoya son şans

14


“Roma” İtaliya A Seriyasının VIII turunda “Kalyari”yə qalib gələ bilməsə, komandanın baş məşqçisi Joze Mourinyo istefaya göndəriləcək.

Klubun sahibi Den Fridkin artıq 60 yaşlı portuqaliyalı mütəxəssisə əvəzləyici seçib. “Canavarlar”ın rəhbəri Almaniya millisinin baş məşqçisi postundan qovulan Hans-Diter Flikə dəvət göndərmək istəyir.

Oktyabrın 8-də baş tutacaq “Kalyari” – “Roma” qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Yeddi turdan sonra paytaxt klubu 13-cü pillədədir. Komanda səkkiz xal toplayıb.

Joze Mourinyo 2021-ci ilin yayından “Roma”nı çalışdırır. Onun klubla müqaviləsi mövsümün sonuna qədərdir.

Mənbə: corrieredellosport.it